Artıq Bakı metrosunda belə oturacaqsınız - FOTOlar

9 May 2020 10:29

Xəbər verdiyimiz kimi, bu gün səhər 06:00-dan etibarən "Bakı Metropoliteni" 39 günlük intervaldan sonra yenidən açılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, metrostansiyalar ərazisində, eləcə də qatarlarda sosial məsafənin gözlənilməsi mütləqdir.

Bununla bağlı qatarların içində elanlar yerləşdirilib. Belə ki, artıq sərnişinlər oturacaqlarda yan-yana yox, 1 oturacağı ötürərək növbətisində əyləşməlidirlər. Elanda da məhz "Sosial məsafəni saxlayın!", - deyə qeyd edilib.

Milli.Az