"Atletiko"nun futbolçusunda koronavirus aşkarlandı

9 May 2020 09:08

"Atletiko"nun futbolçusu Renan Lodidə koronavirus aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin koronavirus testi müsbət çıxıb. Onun 10 gün müddətində karantində olacağı bildirilib.

Qeyd edək ki, R.Lodi bu mövsüm 33 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib.

Milli.Az