Yük maşını yolu keçmək istəyən qadını vurub öldürdü - FOTO

8 May 2020 23:50

Gürcüstan vətəndaşının idarə etdiyi "Man" markalı yük maşını yolu keçən qadını vuraraq öldürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində baş verib. Ağır bədən xəsarətləri alan qadın Goranboy rayon Xəstəxanasına çatdırılsa da, öldüyü məlum olub. 

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az