Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

8 May 2020 21:30

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 8-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 620 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 181 530 test aparılıb.

Milli.Az