Bakıda 3 yaşlı uşağı cərəyan vurub

8 May 2020 21:40

Zərdab sakini Bakıda bədbəxt hadisə nəticəsində vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun İsaqbağı kənd sakini, 3 yaşlı İbrahim Knyaz oğlu Fərəcovu cərəyan vuraraq öldürüb. Azyaşlı qoşulu qalan elektrik cihazını oyuncaq zənn edərək, ona toxunub və bədbəxt hadisə nəticəsində ölüb. 

Milli.Az