Bu ölkədə sosial məsafənin əməl olunmasına robot nəzarət edəcək

8 May 2020 20:36

Sinqapurda parkların birində insanlar arasında sosial məsafənin əməl olunmasına nəzarət edən robot işə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı olaraq hökumət pilot layihəyə start verib.

Layihə çərçivəsində "Spot" adlı dördayaqlı robot parkda 3 kilometrlik sahədə hərəkət edəcək. Bu müddət ərzində robotun üzərində sosial məsafəyə əməl olunmasının zəruriliyi barədə məlumat yayımlanacaq.

Bundan başqa, robot kameralar vasitəsilə ziyarətçilərin sıxlığı barədə məlumatları da toplayacaq.

Milli.Az