"Fənərbaxça" 3-cü liqadan yarımmüdafiəçi transfer etdi

8 May 2020 18:34

"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 3-cü liqa təmsilçisi "Gölcükspor"un yarımmüdafiəçisi İsmail Yükseki transfer edib. 21 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, gənc futbolçu bu mövsüm 26 oyuna 8 qol vuraraq komandasının bombardiri olub.

Milli.Az