GUAM Şuşanın Ermənistan tərəfindən işğalını pisləyib

8 May 2020 15:42

Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın katibliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində müstəqilliyi və suverenliyini dəstəklədiyimizi bir daha bildiririk".

Xatırladaq ki, bu gün Şuşa rayonunun Ermənistan tərəfindən işğalının 28-ci ildönümüdür.

Milli.Az