"Monaco"nun futbolçusu Sesk Fabreqas adı "Real Madrid"lə hallanan Kilian Mbappe haqda açıqlama verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi, Mbappenin "Real"a uyğun olduğunu deyib:
"Mbappe ən yaxşı olmaq üçün olduqca istəkli bir uşaqdır. O, oyun tərziylə də "Real"a uyğundur".
Fabreqas, koronavirusa görə dayandırılmış La Liqayla bağlı da fikir bildirib:
"La Liqada mövsüm erkən tamamlansa, "Barselona" çempion elan edilməlidir".
Milli.Az