Məşhur boksçu 57 yaşında rinqə qayıtmaq istəyir

8 May 2020 17:39

Boks üzrə sabiq mütləq dünya çempionu Evander Holifild rinqə qayıtmaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 57 yaşlı amerikalı boksçu sərgi döyüşlərində iştirak etmək arzusundadır.

E.Holifild karyerası ərzində keçirdiyi 57 döyüşdən 44-də qələbə (29-u nokautla) qazanıb.

Bundan əvvəl Amerikanın digər məşhur boksçusu Mayk Tayson da xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıtmaq istədiyini açıqlamışdı.

Milli.Az