Gürcüstan xarici turistləri nə vaxtdan qəbul edəcək?

8 May 2020 14:39

Gürcüstan iyunun 15-dən yerli turizmi açıq elan edəcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxaria mayın 7-də keçirilən iclasda bildirib. Baş Nazir deyib ki, ölkədə daxili turizm iyunun 15-də, beynəlxalq turizm marşrutları isə iyulun 1-də açılacaq.

Onun sözlərinə görə, hökumətin bununla əlaqədar xüsusi planı var və bu plan həyata keçiriləcək.

Milli.Az