Milli Məclis daha bir beynəlxalq protokolu təsdiq etdi

8 May 2020 12:12

Milli Məclisin bu gün keçirilən iclasında daha bir beynəlxalq sənəd təsdiq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, parlamentin bugünkü plenar iclasında "GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Milli.Az