Bakıda 9 min manatlıq velosiped oğurlayan şəxs saxlanıldı

8 May 2020 16:29

Bakıda 9 min manatlıq velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əbilov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də İ.Qədimovun 9000 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əbilov saxlanılıb.

Milli.Az