"Barselona" onun üçün "Nyukals"dan 100 milyon istəyir

8 May 2020 17:49

"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo "Nyukasl" klubuna keçə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin yeni sahibləri çempionluq üçün mübarizə aparacaq komanda qurmaq niyyətindədirlər.

"Tottenhem"in sabiq baş məşqçisi Mauritsio Poçettino "Nyukasl"a başçılıq edərsə, Koutinyonun alınmasını tələb edəcək. Bu transfer üçün Kataloniya klubunun Premyer Liqa təmsilçisindən 100 milyon avro tələb edəcəyi bildirilir.

Mövsümü  icarə əsasında "Bavariya"da keçirən 28 yaşlı futbolçu Münhen klubunda qalmayacaq.

Milli.Az