Can Yamanın yeni serialı bu tarixdə yayımlanacaq

8 May 2020 12:39

"Dolunay"da birgə rol alan Can Yaman ilə Özge Gürelin baş rolunu canlandırdıqları "Bay Yanlış" serialının yayım tarixi məlum olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, koronavirusla bağlı dəyişikliyin olmadığı halda ekran işi mayın 28-də tamaşaçılara təqdim olunacaq.

Fox TV-də yayımlanacaq "Bay Yanlış"ın 3 bölümü isə Bodrum ve Köyceğiz bölgəsində çəkiləcək.

Qeyd edək ki, serialda Feri Baycu, Lalə Başar, Suat Sunqur, Fatma Toptaş və Gürgən Öz kimi aktyorlar da rol alacaq.

Milli.Az