“Taxt oyunları”nın aktyoru dünya rekorduna imza atdı

8 May 2020 09:14

"Taxt oyunları" serialında Qriqor Kliqan obrazını canlandıran məşhur aktyor Haftor Byornson 501 kiloqram ağırlıq qaldıraraq dünya rekorduna imza atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu nailiyyəti ilə qürur duyduğunu və xoşbəxt olduğunu söyləyib:

"Gözəl hissdir. İnsanların səhv olduğunu sübut etməkdən daha yaxşı bir şey yoxdur".

Qeyd edək ki, əvvəlki dünya rekordu 2016-cı ildə 500 kiloqram ağırlıq qaldıran britaniyalı idmançı Eddi Holla məxsus idi.

Boyu 2,05 metr olan Haftor 2018-ci ildə "dünyanın ən güclü adamı" seçilmişdi.

Milli.Az