“Qalatasaray”ın prezidenti 10 saatlıq cərrahi əməliyyat keçirib

7 May 2020 23:11

"Qalatasaray"ın prezidenti Mustafa Cengiz əməliyyat olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, səhhəti ilə bağlı bir neçə gündür xəstəxanada olan İstanbul klubunun rəhbəri beyin əməliyyatı keçirib.

Klubdan bildirilən məlumatda səhər saat 9-da başlayan prosesin 10 saat davam etdiyi vurğulanıb. Reanimasiyaya alınan Cengiz bir müddət orada həkim nəzarətində olacaq.

Həkimlər əməliyyatın uğurlu keçdiyini, klub prezidentinin durumunun yaxşı olduğunu açıqlayıblar.

Milli.Az