Diplomlarını almaq üçün Bakıya gələ bilməyən tələbələrə şad xəbər

7 May 2020 18:55

Diplomlarını əldə etmək üçün Bakıya gələ bilməyən tələbələrin məsələsinə aydınlıq gətirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov sonuncu kursda təhsil alan və diplomlarını əldə etmək üçün Bakıya gələ bilməyən tələbələrlə bağlı bunları deyib:

"Onların ailə üzvləri bu diplomları əldə edə bilərlər. Bu üzrlü bir səbəbdir. Onlar müvafiq sənəd əldə edib Bakıya gələ bilərlər".

Milli.Az