Dövlət bağçalarının yay ayları ərzində açılması nəzərdə tutulmur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, təhsil müəssisələrində təlim-tədrisin dayandrılması mayın 31-dək qüvvədədir: "Amma iyun ayının 1-dən sonra da dövlət bağçalarında təlim-tədrisin bərpası nəzərdə tutulmur".
Milli.Az