"ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü siyasətə etiraz edilməlidir"

20 Aprel 2010 13:23
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını üzərinə götürən həmsədr ölkələrdən biri kimi ABŞ-ın indiki mövqeyi bu ölkə ilə Azərbaycan arasında münasibətlərin xarakterinə uyğun deyil". Trend xəbər verir ki, bunu Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, ABŞ Azərbaycanın maraqlarının ziddinə olaraq Ermənistana maliyyə dəstəyi verir: "Bu, özünü dünyada demokratiyanın carçısı kimi təqdim edən ABŞ-ın missiyasına uyğun gəlmir". Əli Əhmədovun fikrincə, Azərbaycan parlamenti bununla bağlı ciddi mövqeyini bildirməlidir: "Azərbaycan ictimaiyyəti, xüsusilə də siyasi partiyalar ABŞ-ın bu mövqeyinə etirazlarını açıq şəkildə ortaya qoymalıdır".

/Trend/