Fransanın Rəqəmsal Texnologiyalar naziri Cedric O COVID-19 virusuna yoluxmuş insanların sosial məsafəni saxlayıb saxlamadıqlarını izləmək üçün dövlət tərəfindən dəstəklənən StopCOVID tətbiqinin işə salınacağını deyib.
Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiqin sınaqları bu həftə keçiriləcək.
Tətbiqin fəaliyyətinin 2 iyun tarixinə qədər davam etdirilməsi nəzərdə tutulub. StopCOVİD Bluetooth vasitəsilə işləyəcək.
"Bu tətbiqdə sehrli bir şey yoxdur, həmin texnologiya yalnız qlobal səhiyyə sisteminə inteqrasiya olunduqda faydalı olar", - deyə nazir vurğulayıb.
Milli.Az