Tesla avtomobillərində videokonfrans xüsusiyyəti olacaq

9 May 2020 20:10

Elon Mask Tesla avtomobillərinə tezliklə videokonfrans xüsusiyyəti gətirəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkət rəhbəri Tvitter hesabında məlumat yayıb. Yeniliyin nə vaxt tətbiq olunacağı məlum deyil. Amma model 3-də sürücüyə baxan kamera olduğunu nəzərə alsaq, bu yeniliyin öncə bu modellərə gətiriləcəyini demək olar.

Milli.Az