Sumqayıta yeni hərbi prokuror təyin olundu

7 May 2020 15:36

Sumqayıt şəhərinə yeni hərbi prokuror təyin olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə mayoru Şahverdiyev Raul Sabir oğlu Sumqayıt hərbi prokuroru vəzifəsinə təyin olunub.

Faktı Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiqləyib.

Milli.Az