Rusiya klubunun sahibi koronavirusa yoluxdu

7 May 2020 17:14

Rusiyanın "Spartak" futbol klubunun prezidenti Leonid Fedun koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

L.Fedunun xəstəxanaya yerləşdirildiyi bildirilib. Onun sağlıq vəziyyəti barədə digər məlumat verilməyib.

Qeyd edək ki, L.Fedun həm də "Lukoyl" şirkətinin vitse-prezidentidir.

Milli.Az