Tbilisiyə giriş-çıxış mayın 11-dən bərpa olunacaq

7 May 2020 16:41

Gürcüstanın paytaxtı Tbilisiyə giriş-çıxış mayın 11-dən bərpa olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Georgi Qaxariya deyib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar paytaxta giriş-çıxış aprelin 15-də bağlanıb.

Mayın 5-də isə ölkənin digər iri şəhəri Batumi və Kutaisiyə giriş-çıxış bərpa olunub.

Xatırladaq ki, bu günədək Gürcüstanda 615 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb, 275 nəfər sağalıb.

Milli.Az