"Hercai" sezon finalına çıxdı

7 May 2020 15:30

Türkiyənin ATV kanalında yayımlanan məşhur "Hercai" serialı sezon finalına ayrıldığını elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, layihəni ərsəyə gətirən "Mia Yapım" şirkəti koronavirus səbəbilə çəkilişlərin dayandırıldığını, bütün heyətin Mardindən İstanbula qayıtdığını açıqlayıb.

Sonuncu dəfə 38-ci seriyası yayımlanan ekran işinin çəkilişləri davam etdirilməyəcək və ekran işi payızda yayımını bərpa edəcək.

Milli.Az