Mertens 4 top klubunun hədəfində

7 May 2020 17:03

"Napoli"nin futbolçusu Dris Mertens növbəti transfer pəncərəsində klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yayda müqaviləsi bitəcək futbolçu azad agent statusu daşıyacaq. 33 yaşlı oyunçu ilə PSJ, "Borussiya Dortmund", "Çelsi" və "İnter" maraqlanır. Belçikalı forvardın daha çox "Çelsi"yə üstünlük verdiyi deyilir.

Qeyd edək ki, Mertens cari mövsüm ərzində 29 oyuna 12 qol vurub.

Milli.Az