Parka giriş qadağan olunsa da... - FOTO

7 May 2020 13:01

Məlum olduğu kimi, martın 29-dan ölkə ərazisində insanların sıxlığını tənzimləmək məqsədilə bulvar, park və istirahət məkanlarına giriş məhdudlaşdırılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cari ayın 4-dən etibarən bölgələrdə bu qadağalar ləğv olunsa da, paytaxtda hələ də parklara giriş-çıxışda məhdudiyyətlər var.

Mərkəzdə yerləşən parklara nəzər saldıqda qadağalara əməl olunduğunu görsək də, binaların həyətyanı sahəsində yerləşən istirahət guşələrində məhdudiyyətlərə əməl edilmədiyinin şahidi oluruq. 

Belə məkanlardan birində - "Neftçilər" metro stansiyasının yaxınlığında lentə aldığımız kadrlardan göründüyü kimi, vətəndaşlar uşaqları bağlı olan, lentlərlə əhatələnmiş həyətyanı parka oynamağa aparır, sosial məsafə qaydalarını ciddi şəkildə pozurlar.

Sözügedən kadrları təqdim edirik:

Milli.Az