“Bakının qızları” mahnısının ifaçısı vəfat etdi - VİDEO

7 May 2020 12:28

"Bakının qızları" mahnısı ilə məşhurlaşan estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə kulis.az-a sənətçinin yaxınları məlumat verib.

Qeyd edək ki, C.Əliyev Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məşhur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

Milli.Az