Məşhur futbolçunun hərbi xidmətdən ŞƏKLİ yayıldı

7 May 2020 09:22

"Tottenhem"in futbolçusu Son Hın Minin hərbi xidmətdəki şəkli yayılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, şəkli "Mirror" nəşri dərc edib.

Qeyd edək ki, Son Hın Min hazırda ölkəsi Cənubi Koreyada hərbi xidmətdədir.

Xatırladaq  ki,  27 yaşlı oyunçu 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 1 ayla əvəzlənib.

Milli.Az