Bakıda ər arvadını bıçaqlayıb

7 May 2020 08:38

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Telnov küçəsində qeydə alınıb.

43 yaşlı Vüsalə Fətəliyeva yaşadığı evdə əri ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az