Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

7 May 2020 08:18

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Qasımov Elbrus Qasım oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıb. O, qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az