Paulo Dibala koronavirusdan sağalıb

7 May 2020 07:15

İtaliyanın "Yuventus" klubunun argentinalı futbolçusu Paulo Dibala yeni növ koronavirusdan sağalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Yuventus"un rəsmi saytında bildirilir.

Xəstəlik dövründə argentinalı futbolçunun bir neçə dəfə koronavirus testi müsbət nəticə verib.

Xatırladaq ki, P.Dibalanın koronavirusa yoluxması martın 21-i məlum olmuşdu.

Milli.Az