Ayrılıqları qısa çəkdi

6 May 2020 20:19

"Yasak elma" serialı ilə gündəmdə olan türkiyəli aktrisa Eda Ece ayrıldığı sevgilisi Buğrahan Tuncerlə barışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bir müddət öncə bir-birini İnstaqramdan çıxaran və haqlarında ayrılıq xəbəri çıxan cütlük çətin günləri geridə qoyub.

Bu barədə sənətçinin özü İnstaqramın canlı yayımında məlumat verib. Eda "Ayrılmısınız" sualına "Buğrahan evdədir" deyə, cavab verib.

Qeyd edək ki, Buğrahan Tuncer "Anadolu Efes" basketbol komandasının üzvüdür.

Milli.Az