Gəncədə bir gündə 32 nəfərin koronavirusa yoluxma SƏBƏBİ - Rəsmi AÇIQLAMA

6 May 2020 17:47

Mayın 3-də Azərbaycanda 52 yeni koronavirusa yoluxma halından 32-nin Gəncədə qeydə alınmasının səbəbi məlum olub.

Milli.Az xəbər verir ki, bunun səbəbini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahda brifinqində açıqlayıb:

"Son zamanlar Gəncə zonasında yoluxma sayı artıb. Bunun üçün işçi qrupumuz operativ şəkildə Gəncə zonasına ezam olundu və müəyyənləşdirildi ki, nəyə görə orada yoluxma artıb. Təəssüflər olsun ki, orada xüsusi karantin rejiminə bir o qədər də riayət olunmadığı üçün həmin bölgədə yoluxma sayı artıb". 

Təhməz Təkin
Milli.Az