Xatun “5/5”ə gəlməkdən imtina etdi

6 May 2020 19:24

Müğənni Xatun "Xəzər" TV-də yayımlanan "5/5" proqramının ötəngünkü buraxılışına qatılmaqdan imtina edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə verilişin aparıcısı Zaur Kamal məlumat verib.

O, proqramda qonaq olan prodüser Anar Mədətov və müğənni Ümmana "Sizin adınızı eşidəndən sonra verilişə gəlmədi" deyə, bildirib.

Müğənninin prodüseri Pənah Eldar isə verilişə qatılmaqdan son anda imtina etdiklərini deyib. O bildirib ki, proqrama çağırılarkən başqa adlar sadalansa da, verilişin anonslarında fərqli şəxsləri görüblər. "Kanal rəhbərliyinə hörmətimiz var. Amma bunu özümüzə hörmətsizlik, qərəz hesab etdik" deyə, o, sözlərinə əlavə edib. 

Milli.Az