Manuel Noyer 19 yaşlı həndboçu ilə sevgilidi - FOTOlar

6 May 2020 21:25

Həyat yoldaşından 4 ay öncə ayrılan Manuel Noyer özünə yeni sevgili tapıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Almaniya millisinin və "Bavariya"nın 34 yaşlı qapıçısının görüşdüyü qız tələbədi.

19 yaşlı Anika Bissel də idmançıdı. O, Almaniyanın 2-ci liqasında mübarizə aparan "Herrenberq" klubunda həndbol oynayır.

Milli.Az