Yevlaxda 26 yaşlı oğlan öldürülüb

6 May 2020 16:44

Yevlaxda qətl törədilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün baş verib. Rayon sakini, 1994-cü il təvəllüdlü Seyidov Ceyhun Məzahir oğlu bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az