Müğənni Nazənin ATV-də yayımlanan "Bizimləsən" proqramının virtual qonağı olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bir neçə gün öncə əməliyyatla artıq piylərini kəsdirən ifaçı səhhətinin yaxşı olduğunu deyib.
Proqram zamanı aparıcı Zaur Baxşəliyev ondan evini nümayiş etdirməsini istəyib. Müğənni "İndi deyəcəklər ki, evini göstərir. Kasıbın olanından" deyə, bildirib.
Nazənin evinin dəb-dəbəli əşyalarla bəzədilməsi diqqətdən yayınmayıb.
Milli.Az