Nəsrin gözəllik salonlarının açılmasını belə qeyd etdi

6 May 2020 14:40

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə gözəllik salonlarının tezliklə açılmasına çox sevinib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, karantin müddətində evindən çıxmayan Nəsrin Cavadzadə 11 mayda Türkiyədə gözəllik salonlarının açılmasına sevindiyini deyib.

Karantində saçlarına qulluq edə bilməməsindən tez-tez şikayətlənən aktrisa ''İnstagram'' hesabında foto yayımlayaraq sevincini izləyiciləri ilə paylaşıb.

Milli.Az