"Borussiya"nın futbolçusunda koronavirus aşkarlandı

6 May 2020 13:01

Münhenqladbax "Borussiya"sının futbolçuları və əməkdaşları koronavirus testindən keçiblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, testin nəticələrinə əsasən, iki nəfərdə yoluxma aşkarlanıb. Koronavirus aşkarlanan şəxslərin adı açıqlanmayıb. Onlardan birinin futbolçu, digərinin klubun əməkdaşı olduğu vurğulanıb.

Pandemiyaya yoluxanların karantinə göndərildiyi bildirilib.

Milli.Az