Məşhur aktrisanın bu paylaşımı kövrəltdi - FOTO

6 May 2020 11:39

Türkiyəli məşhur aktrisa Fahriye Evcen anasının və oğlu Karanın fotosunu yayımlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 2017-ci ildə Burak Özçivitlə evlənən Fahriye Evcen bir neçə ay əvvəl oğlu Karanın fotosunu yayımlamışdı. Belə ki, aktrisa "Analar günü" münasibəti ilə anasının fotosunu yayımlayaraq ''Analar günü yaxınlaşarkən, bizi biz edən, dəyərimizi hər an xatırladan, hər vəziyyətdə güclü olmağımıza çalışan, hər addımda yanımızda olan canım anam. Sən hər şeyin ən gözəlinə, dünyalara dəyərsən. Eynilə bütün analar kimi. Analar günündə biz yenə də birlikdə olacağıq'' sözlərini qeyd edib.

Milli.Az