“Taxt oyunları”nın aktyoru vəfat etdi

6 May 2020 10:27

"Taxt oyunları" serialında "Addam Marbrand" obrazı ilə tanınan Bi Cey Hoqq vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 65 yaşlı aktyor Britaniyada dünyasını dəyişib.

Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Bi Cey "İflas", "Məni tək burax", "Rəqs et Leksi" kimi serial və filmlərdə çəkilib.

Milli.Az