"Eşkiya dünyaya hükümdar olmaz"ın aktrisası döyüldü

6 May 2020 10:16

"Eşkiya dünyaya hükümdar olmaz" serialında rol alan aktrisa Sevcan Yaşar özündən 16 yaş böyük sevgilisi, aktyor Sermiyan Midyatdan şikayətçi olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa polisə gedərək sevgilisindən fiziki və mənəvi şiddət gördüyünü bildirib.

Polis bölməsinə çağırılan Sermiyan ifadə verib. O, Sevcandan belə bir mənəvi hücum gözləmədiyini, əgər şiddətə məruz qaldığını iddia edirsə, bunu sübut eməlidir açıqlamasını edib.

Xatırladaq ki, cütlük daha öncə də aralarındankı yaş fərqinə görə gündəmə gəlmişdi.

Milli.Az