Yeni göstəricilərə əsasən, pandemiyadan sonra TikTok 2 milyarddan çox yüklənib.
Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiqi yükləyənlərin 75%-i Android istifadəçiləridir.
TikTok-un ən çox yükləndiyi ölkələr sırasında ilk yerdə 611 milyon istifadəçi ilə Hindistan gəlir.
İkinci yerdə 196 milyon yüklənmə sayı ilə Çin, üçüncü yerdə isə 165 milyon göstərici ilə Amerika gəlir.
Milli.Az