65 yaşdan yuxarı vətəndaşlar ayın 11-dən sonra küçəyə çıxa biləcəklər? - Rəsmi AÇIQLAMA

5 May 2020 17:30

"65 və yuxarı yaş olan vətəndaşlar üçün güzəştlər, statistikanın ayın 11-nə doğru vəziyyətin necə olacağından asılıdır. Onlar bizim böyüklərimizdir. Onların risk altında qalmasını istəmədiyimiz üçün Operativ Qərargah onların evdə oturmasını zəruri hesab edir. Əgər statistika pozitiv istiqamətdə meyl edərsə, təbii ki, o məsələyə baxılacaq".

Milli.Az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurasının keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Təhməz Təkin
Milli.Az