Nazirlər Kabinetinin yanında Operativ Qərargah brifinq keçirib

5 May 2020 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, brifinqdə Nazirlər Kabineti Aparatının mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov, Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvləri Ziyad Səmədzadə və Fərhad Bədəlbəyli, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistləri maraqlandıran suallara cavab verib.

Milli.Az