AzTV bu aparıcılarla yeni verilişə başlayır

5 May 2020 18:04

Azərbaycan Televiziyasının (AzTV) efirində bu gündən etibarən yeni layihə yayımlanacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Gündəlik" adlı proqram həftəiçi hər gün saat 16.30-dan efirdə olacaq. Verilişdə ölkə və dünya gündəmində olan hadisələr şərh olunacaq, müxtəlif maraqlı rubrikalar təqdim ediləcək.

Proqramın aparıcıları Nərgiz Cəlilova, Kamran Ağabalayev və Şaiq Ağayevdir.

Milli.Az