Bundesliqanın bərpa tarixi açıqlandı

5 May 2020 17:44

Almaniya Bundesliqasında bu mövsümün bərpa tarixi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,futbol matçlarının mayın 15-i bərpasına qərar verulib. Bu qərarın sabah Almaniya hökumətinin iclasında rəsmi olaraq elan ediləcəyi bildirilib. Matçların koronavirusun yayılmasının qarşısını almaq üçün boş tribunalar önündə keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, Almaniya çempionatı martda koronavirus səbəbindən təxirə salınıb.

Milli.Az