Millimizin üzvü karantinə alındı

5 May 2020 18:49

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge"nin oyunçuları və əməkdaşları karantinə alınıblar.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,buna ikinci Bundesliqa təmsilçisində bir nəfərin ikinci koronavirus testinin müsbət çıxması səbəb olub. Həmin şəxsin adı açıqlanmayıb.

Klubun üzvlərinin mayın 7-nə kimi karantində olacağı bildirilib.

Milli.Az